"Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiya bizim tərəfimizdən Nazirlər Kabinetinə təqdim olunub”.
"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. Onun sözlərinə görə, ödənişli yollarda lazımi aparatların alınması tender vasitəsilə həyata keçiriləcək:
"Biz dünya bazarına nəzər salırıq. Yolların ödənişli hissəsinə qoyulacaq turniketlərin qiyməti hansı şirkətdə daha uyğun olarsa, bizi qane edəcəksə, onlarla razılaşacağıq. Qiyməti Tarif Şurası müəyyən edəcək.