İngiltərə parlamentinin alt qanadı olan İcmalar Palatası ölkənin Avropa Birliyindən (AB) çıxması şərtlərini tənzimləyən sazişi təsdiqləyib.
Redaktor.az xarici mətbuata əsasən xəbər verir ki, qətnamə İcmalar Palatası tərəfindən 330 səslə qəbul edilib. Təsdiqlənən razılaşma gələn həftə Lordlar Palatasında müzakirə ediləcək.
Razılaşma Lordlar Palatasından keçərsə, Kraliça II Yelizaveta tərəfindən təsdiqlənərək qüvvəyə minəcək. Lordlar Palatası razılaşmanın mətninə hər hansı bir dəyişiklik edərsə, sənəd yenidən səsvermə üçün İcmalar Palatasına göndəriləcək.
İngiltərə yanvarın 31-də Aİ-nı tərk edəcək.