
Azərbaycanın ictimai-siyasi və humanitar həyatında özünəməxsus yeri olan, xeyirxahlığı, mərhəməti və insanlara olan diqqəti ilə seçilən Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Mehriban xanımın fəaliyyəti Azərbaycan xalqının rifahına, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edən çoxşaxəli fəaliyyət kimi qiymətləndirilir. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən çoxsaylı layihələr insanların həyatına toxunaraq cəmiyyətimizdə böyük rəğbət qazanıb.
Xüsusilə humanizm, mərhəmət və qayğı prinsiplərinin ön plana çəkilməsi Mehriban xanım Əliyevanın ictimai fəaliyyətinin əsas xüsusiyyətlərindən biridir. O, daim ehtiyacı olan insanlara diqqət göstərilməsi, uşaqların, ailələrin və həssas qrupların qayğı ilə əhatə olunması istiqamətində mühüm işlərə imza atıb.
Bu əlamətdar gündə Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, fəaliyyətində yeni uğurlar və Azərbaycan naminə həyata keçirdiyi bütün xeyirxah təşəbbüslərində böyük nailiyyətlər arzulayırıq.
Doğum gününüz mübarək, Mehriban xanım! Allah Sizi və ailənizi qorusun!
Ramin Abasov
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri
