Sizin reklam burada
Sizin reklam burada

Xeyirxahlıq və mərhəmət

Xeyirxahlıq və mərhəmət

Bu gün Azərbaycan xalqının böyük hörmət və rəğbətlə yanaşdığı Mehriban xanım Əliyevanın doğum günüdür.

Mehriban xanım Əliyevanı fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri onun insan amilinə verdiyi böyük dəyərdir. Xeyirxahlıq, mərhəmət, qayğı və humanizm onun fəaliyyətində daim özünü göstərən əsas dəyərlərdəndir.

Azərbaycanın mədəni irsinin qorunması, səhiyyə, təhsil, sosial və humanitar sahələrdə həyata keçirilən çoxsaylı layihələr ölkəmizin inkişafına mühüm töhfələr verib. Eyni zamanda Azərbaycan mədəniyyətinin və tarixinin dünyada tanıdılması istiqamətində görülən işlər ölkəmizin beynəlxalq aləmdə daha geniş tanınmasına xidmət edir.

Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız görülən işlərin miqyası ilə deyil, həmin işlərin arxasında dayanan insan sevgisi və vətəndaş məsuliyyəti ilə də diqqət çəkir. Onun xeyirxah təşəbbüsləri bir çox insan üçün ümid və dəstək mənbəyinə çevrilib.

Bu gözəl gündə Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə xoşbəxtliyi, tükənməz enerji və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Ad gününüz mübarək olsun, Mehriban xanım! Hər zaman sevgi və hörmətlə əhatə olunasınız!

[b]
Rahim Novruzov
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini[/

  • Sosial şəbəkədə paylaş