Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan qadınının nümunəsi

Azərbaycan qadınının nümunəsi

Mehriban xanım Əliyevanın doğum günü münasibətilə ən xoş və səmimi arzularımızı çatdırırıq.

Mehriban xanım Əliyeva Azərbaycan qadınının müasir cəmiyyətdəki fəal rolunu, milli dəyərlərə bağlılığını və yüksək humanizm prinsiplərini öz fəaliyyətində nümayiş etdirən nüfuzlu şəxsiyyətlərdəndir.

Onun ictimai fəaliyyətində mədəniyyətimizin və milli irsimizin qorunmasına, Azərbaycanın dünyada tanıdılmasına, sosial və humanitar layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər ölkəmizin ictimai və mədəni həyatında öz müsbət izini qoyub.

Mehriban xanımın ən çox diqqət çəkən cəhətlərindən biri isə insanlara göstərdiyi qayğıdır. Onun fəaliyyətində mərhəmət və insanpərvərlik mühüm yer tutur. Bu xüsusiyyətlər onu Azərbaycan cəmiyyətində xüsusi hörmət qazanan şəxsiyyətlərdən birinə çevirib.

Bu əlamətdar gündə Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, uzun ömür, ailəsi ilə birlikdə daim xoş və firavan günlər, Azərbaycan naminə fəaliyyətində isə daha böyük uğurlar arzulayırıq.

Doğum gününüz mübarək, Mehriban xanım! Sizə hər zaman sağlamlıq, xoşbəxtlik və uğur diləyirik.

[b]Həmid Qasımov
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri[/

  • Sosial şəbəkədə paylaş