Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri, sektor müdirləri, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri və digər təhsil işçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən idarə müdiri tədbirin Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə keçirilməsinin xüsusi qürurverici olduğunu qeyd edib. Azərbaycan tarixində qadınların mühüm rolundan bəhs edərək, onların Vətənimizin müdafiəsində, dövlət quruculuğunda və cəmiyyət həyatında göstərdikləri xidmətləri vurğulayıb. Təhsil sahəsində çalışan bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir çərçivəsində şagirdlər tərəfindən müxtəlif bədii kompozisiyalar və musiqilər səsləndirilib.
Sonda təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir qrup qadın təhsil işçisi təltif olunub.
#EduAz #MÜTDA #8Mart
