Sizin reklam burada
Sizin reklam burada

"WhatsApp" bu funksiyadan imtina edir

"WhatsApp" bu funksiyadan imtina edir


"WhatsApp" mesencerində istifadəçilərin xarici görünüşü əsasında yaradılan üçölçülü rəqəmsal versiyalar – avatarlar mərhələli şəkildə ləğv edilir.
Bu barədə “WABetaInfo” məlumat yayıb.
Bildirilib ki, birinci mərhələdə bu modellərin redaktə olunması imkanı bağlanacaq, daha sonra funksiya tətbiqdən tamamilə çıxarılacaq. Müvafiq bildiriş artıq istifadəçilərin bir hissəsində görünməyə başlayıb.
Mark Zukerberq və “Meta” komandası virtual reallıq (“Metaverse”) texnologiyalarına üstünlük verdiyi dövrdə şirkətin tətbiqlərində bu cür funksiyalar tətbiq olunurdu. Hazırda isə əks proses müşahidə olunur və bu, "WhatsApp" mesencerinə də təsir edib.
Avatarlar 2022-ci ilin sonunda tətbiq olunmuşdu. Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının “Meta” şirkətinin “metaverse” konsepsiyasını fəal şəkildə inkişaf etdirir və bütün xidmətlərində vahid yanaşmaya nail olmağa çalışırdı. Lakin hazırda bu funksiya prioritet hesab edilmir. "WhatsApp" profilində istifadəçinin əsas fotosu əvvəlki kimi qalacaq, lakin rəqəmsal personajlar və onların əsasında yaradılmış stikerlər silinəcək.
Avatar funksiyasından tam imtinanın müddəti hələ dəqiqləşdirilməyib, lakin istifadəçilərə artıq xəbərdarlıqlar göndərilməyə başlanıb. Yeniliklər mesencerin profilinə aid digər funksiyalara təsir etməyəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ