Sizin reklam burada
Sizin reklam burada

SAF 2025 qalibləri ilə görüş keçirilib

SAF 2025 qalibləri ilə görüş keçirilib
SAF 2025 qalibləri ilə görüş keçirilib
SAF 2025 qalibləri ilə görüş keçirilib
SAF 2025 qalibləri ilə görüş keçirilib
SAF 2025 qalibləri ilə görüş keçirilib
Abşeron rayonu Saray qəsəbəsi Azim Müzəffərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Abşeron-Xızı Regional Təhsil İdarəsini SAF 2025-də təmsil edərək yüksək nəticə göstərən komandalarla görüş keçirilib.
İdarə müdiri İlhamə Abdullayeva qalib komandaları təbrik edərək onların gələcək fəaliyyətinə uğurlar arzuladı. Şagirdlər qazandıqları nailiyyətlərlə bağlı təqdimat edərək öz təəssüratlarını bölüşdülər.
Görüşdə həmçinin AXRTİ-nin müdir müavini Aynur Rüstəmova və sektor müdirləri iştirak ediblər.
Qeyd edək ki, Beynəlxalq SAF 2025 STEAM Festivalı bu il özünün 5 illiyini qeyd edib. Yubiley ilində Abşeron–Xızı Regional Təhsil İdarəsinin komandaları festivalda yüksək nailiyyət göstərərək əlamətdar nəticə əldə ediblər.
Ümumi nəticələr:
???? 5 birinci yer — Qızıl medal
???? 6 ikinci yer — Gümüş medal
???? 13 üçüncü yer — Bürünc medal
SAF-2025-in 5 illiyinin 5 qızıl medalla tamamlanması şagird və mentorların yüksək hazırlığını, yaradıcı potensialını və STEAM sahəsində davamlı inkişafı bir daha nümayiş etdirir.
???? Uğurlu nəticə göstərən bütün komandaları və müəllimləri bir daha təbrik edir, yeni qələbələr arzulayırıq!

  • Sosial şəbəkədə paylaş