arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

YAP Ağcabədi rayon təşkilatında görüş keçirilmişdir

Aprel ayının 24-də YAP Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 25 aprel “Sahibkarlar Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açmış, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin, dünyasını dəyişmiş YAP üzvlərinin və xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov rayon sahibkarlarını “Sahibkarlar Günü” münasibəti ilə təbrik edib, onlara ölkə iqtisadiyyatının dinamik inkişafı və məşğulluğun təmin olunmasına töhfə verən fəaliyyətlərində uğurlar arzuladı.
Rövşən Əhmədov çıxışında Azərbaycanda sahibkarlıq fəaliyyətinin tarixi, müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf strategiyası, Azərbaycanda özəl bölmənin inkişafı üçün əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər və özəl sektorun, azad sahibkarlığın inkişafı üçün dövlət dəstəyi barədə ətraflı məlumat verdi.
Qeyd edildi ki, Azərbaycan Vətən Müharibəsində şanlı qələbə qazanmaqla, uzun illər ərzində qeyri-qanuni şəkildə istismar olunan ərazilərinin aqrar-sənaye potensialını bərpa etmək imkanı qazanmışdır. Eyni zamanda 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri ilə münaqişəyə birdəfəlik son qoyulması, suverenliyimizin bərpası Azərbaycana investisiya axınının daha da sürətlənməsi, xüsusən də azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı üçün əlverişli imkanlar açmışdır.
Görüşdə Yeni Abituriyent Hazırlıq Kursunun rəhbəri Şöyüf Səfərov və “Əli” firmasının direktoru – YAP Ərazi Partiya Təşkilatının sədri Qəhrəman Quliyev çıxış edərək özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə fikirlərini bölüşmüş, bu tədbirin keçirilməsinə görə YAP Ağcabədi rayon təşkilatına minnətdarlıqlarını ifadə etmişlər. Rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup sahibkar YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə yekun vurulub.
Yekunda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ