




Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Balakən rayonu üzrə təhsil sektorunun birgə əməkdaşlığı ilə "18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə əlaqədar ekskursiya təşkil edilib.
Ekskursiyada muzey direktoru Turan Musayev, təhsil işçiləri, "Uşaq Səfirlər Məclisi"nin fəalları, məktəblilər iştirak ediblər.
Əvvəlcə Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyinə infotur təşkil edilib, rayonun müxtəlif ərazilərindən tapılmış və toplanılmış eksponatlara baxış keçirilib, müvafiq məlumat verilib.
Daha sonra məktəblilər Balakən rayon Qullar kəndində yerləşən Arılıqbinə məbədinə ekskursiyada iştirak edib.
Ekskursiyada məktəblilərə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü, Balakən rayonu ərazisində yerləşən abidələr və tarixi yerlər haqqında, habelə Arılıqbinə məbədinin tarixi barədə geniş məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
#ŞəkiZaqatalaRTİ #BeynəlxalqAbidələrvəTarixiYerlərGünü #abidə #Şagird