arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1 000 manata yaxın əməkhaqqı alırlar

Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1 000 manata yaxın əməkhaqqı alırlar"Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1000 manata yaxın əməkhaqqı alırlar".

Bunu Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev deyib.

O qeyd edib ki, Laçında 53 hektar ərazidə sənaye parkı yaradılıb və ötən gün Azərbaycan Prezidenti iki müəssisənin açılışını edib, həmin müəssisələrdə əməkhaqqı azı 800-1000 manatdır:

"Qısa zamanda işğaldan azad olunan ərazilərdə 3 hava limanının, sənaye parkının formalaşması, yeni iş yerlərinin açılması və bunların heç bir dəstək olmadan təmin olunmasının sözlə izahı yoxdur. Nəqliyyatla təmin olunmada dövlət qurumlarından dəstək görürük, həmçinin sahibkarlar da dəstək olurlar. Laçının ən gözəl yerlərinin birində hotel tikilir. Qısa müddətdə Laçının belə işıqlanması, məskunlaşmanın təmin olunması, iqtisadi həyatının bərpa olunması çox mühüm amildir".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ