arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Kəlbəcər və Laçın bölgələrində narkotik" İranın narkotik tranzitindəki rolu və regional şəbəkələrdə Ermənistanın İştirakı

"Kəlbəcər və Laçın bölgələrində narkotik"  İranın narkotik tranzitindəki rolu və regional şəbəkələrdə Ermənistanın İştirakı

Son illərdə Yaxın Şərq və Cənubi Qafqaz regionunda narkotik maddələrin dövriyyəsi artmaqda davam edir. Bu bölgələrdə dövlət sərhədlərinin zəif nəzarəti, münaqişə vəziyyətləri və korrupsiya narkotik ticarətinə münbit şərait yaradır. Bu yazıda İranın narkotik tranzitindəki əsas rolu və Ermənistanın bu qeyri-qanuni şəbəkələrdəki potensial iştirakı araşdırılır.

İran – Tranzit yolu, yoxsa gizli oyuncu?

İran İslam Respublikası, Əfqanıstan kimi dünyanın ən iri opium istehsalçısı ilə sərhəddə yerləşdiyi üçün təbii olaraq həm özü narkotik istehsalına qurşanıb həm daşımalarının əsas tranzit yollarından birinə çevrilmişdir. BMT-nin 2023-cü il hesabatına əsasən, Əfqanıstandan çıxan heroin və opiumun əhəmiyyətli bir hissəsi İran üzərindən Türkiyə, Cənubi Qafqaz və Avropaya daşınır.

İranın rəsmi dairələri hər il tonlarla narkotik müsadirə etdiklərini açıqlasa da, araşdırmalar göstərir ki, bəzi hallarda bu müsadirələr yalnız görüntü xarakteri daşıyır. Hökumət daxilində, xüsusilə də SEPAH (İnqilab Keşikçiləri Korpusu) və sərhəd qüvvələri ilə əlaqələndirilən qeyri-rəsmi struktur və şəxslərin bu qanunsuz dövriyyədən gəlir əldə etdiyi ehtimal edilir.

Ermənistan – Tranzitdən iştiraka?

Cənubi Qafqazın digər ölkələri kimi Ermənistan da İranla sərhədinə görə bu marşrutun bir hissəsinə çevrilə bilər. Ermənistanın İranla Gorus–Kapan magistralı vasitəsilə birbaşa əlaqəsi mövcuddur və bu yol əvvəllər də qaçaqmalçılıq fəaliyyəti ilə gündəmə gəlib.

Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində ( xüsusilə Kəlbəcər və Laçın bölgələrində ) narkotik yetişdirilməsi və daşınması ilə bağlı dəfələrlə faktlar qeydə alınıb. 2020-ci ildən sonra bu ərazilərin azad olunması ilə həmin marşrutlar əngəllənsə də, Ermənistanın daxilindəki bəzi radikal və qeyri-rəsmi dairələrin bu şəbəkələrlə əlaqəsi olduğu barədə ehtimallar qalmaqdadır.

Bəzi ekspert məlumatlarına əsasən, İran-Ermənistan-Gürcüstan marşrutu vasitəsilə narkotik maddələrin qara bazara çıxarılması, xüsusilə də Avropa istiqamətində daşınması hələ də aktualdır.

Regional təhlükə və beynəlxalq səviyyədə reaksiya

Bu tip regional narkotik şəbəkələrinin mövcudluğu təkcə bir ölkənin problemi deyil, bütövlükdə regionun təhlükəsizliyi və sosial sabitliyi üçün təhdid təşkil edir. Beynəlxalq təşkilatlar, xüsusilə UNODC və INTERPOL bu marşrutları yaxından izləsə də, yerli siyasi maraqlar və korrupsiya faktları effektiv müdaxiləyə mane olur.

Nəticə

Aparılan araşdırma göstərir ki, İran təkcə narkotik tranzitində keçid ölkəsi deyil, bəzi hallarda bu şəbəkələrin gizli təşkilatçısı rolunda çıxış edə bilər. Ermənistan isə İranla olan strateji əlaqələri və zəif sərhəd nəzarəti səbəbilə bu dövriyyədə vasitəçi və ya tranzit ölkə kimi istifadə olunur.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi #QHT nin sədri ekspert Emil Maqalov

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ