arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Fransada müsəlmanlara çağırış edildi

Fransada müsəlmanlara çağırış edildiFransada islamofobiya sərtləşir, müsəlmanlara, məscidlərə hücum edilir. Fransa Müsəlman Dini Şurası ibadət edənlərə məscidlərdə tək qalmamağı, təcrid olunmamağı tövsiyə edib və hökuməti müsəlmanların ibadət yerlərində təhlükəsizliyi gücləndirməyə çağırıb.

“Grand-Combe” məscidində bıçaqlı hücum nəticəsində 22 yaşlı gənc öldürülüb. Bu qanlı hadisədən sonra Fransa Müsəlman Dini Şurası (CFCM) ölkədəki müsəlmanları son dərəcə ayıq olmağa çağırıb.

CFCM bu hücumun mediada yanlış işıqlandırılmasına təəssüflənib. Mətbuatda hadisənin iki dindar arasında baş verən şəxsi münasibətlər zəminindən qaynaqlandığı bildirilib.

Şura mərhumun ailəsinə və bu islamafobiya terror aktından dərin sarsıntı keçirmiş Fransadakı bütün müsəlmanlara dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, 22 yaşlı Abubakar “Grand-Combe” məscidində olarkən bıçaqlı hücuma məruz qalıb.

Baş nazir Fransua Bayrou islamofob alçaqlığı pisləyərək, qatilin tutularaq cəzalandırılmasını təmin etmək üçün dövlətin resurslarının səfərbər edildiyini bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ