






















Bu gün Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe və səfirin üçüncü katibi Hiquçi Kazuki İsmayıllı rayonuna səfər edib.
Cənab Katsuya Vatanabe ilə görüşdə ona İsmayıllının tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verdik. Rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr, eləcə də əlaqələrin təşviqi barədə müzakirələr apardıq.
Daha sonra Heydər Əliyev adına parkda yerləşən ölkələrimiz arasında dostluq və qardaşlıq rəmzi olan Yapon bağı, xalça emalatxanası, Basqal Dövlət Qoruğu qonaqlar tərəfindən ziyarət olunub.
Xatırladaq ki, 2013-cü il noyabrın 22-də İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanmış və “Qardaşlaşmış şəhərlər” protokoluna əsasən 2014-cü ildən başlayaraq İsmayıllı məktəbliləri ilə İto beynəlxalq “Home-stay” klubu arasında müəllim-tələbə əməkdaşlıq proqramı həyata keçirilir.
#Azərbaycan #Yaponiya #İsmayıllı