arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin növbəti iclası başlayıb, Nazirlər Kabineti hesabat verir

Milli Məclisin növbəti iclası başlayıb, Nazirlər Kabineti hesabat verir

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Plenar iclasın gündəliyinə aşağıdakı 1 məsələ daxil edilib:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı.

Hesabatda hökumətin 2024-cü ildə gördüyü işlər, ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı ən müxtəlif məsələlər öz əksini tapıb. Hesabata ötən ilki hesabatın Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələr barədə də ətraflı məlumat daxil edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artması, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılması və həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyəti haqqında hesabat verir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ