Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində Gənclər Mərkəzi İctimai Birliyi “Qərbi Azərbaycan manifesti Gəncliyin gözü ilə” adlı layihə həyata keçirib.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə, Rayon İcra Hakimiyyətinin,Regional Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin əməkdaşları, tələbələr iştirak edib.
Tədbirdə çıxış edənlər İsmayillı Rayon İcra Hakimiyyətinin, Regional Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi Gənclər Mərkəzi İctimai Birliyinin layihəsinin əhəmiyyətindən, Qərbi Azərbaycanın tarixi, mədəni irsi, tarixi şəxsiyyətləri, hüquqi sənədləri, müxtəlif illərdə həyata keçirilən deportasiya və bu müddət ərzində vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasını şərtləndirən məsələlərdə ictimai rolun artırılması barədə fikirlərini bildirdilər.
Tədbirdə layihə çərçivəsində hazırlanan sənədli film nümayiş olundu, bukletlər, dəftərxana ləvazimatları və geyim dəsti paylandı.
#İsmayıllıRİH