Sizin reklam burada
Sizin reklam burada

12 DEKABR Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin anım günüdür

12 DEKABR Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin anım günüdür


Dünya tarixi sübut etmişdir ki şəxsiyyətlərin gücü aglı,cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub oldugu xalqın, onun yaratdıgı dövlətin həyatında əvəzedilməz rol oynayır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu öndər Heydər Əlirza oglu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşdur. 1944-cü ildən təhlükəsizlik orqanlarında çalışmışdır.

Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi komitəsi sədrinin müavini. 1967-ci ildən isə sədr vəzifəsində işləyib. General-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə Leninqradda xüsusi ali təhsil almışdır. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirib. 1969-cu ildə Azərbaycan SSR Kominist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrda Sovet İttifaqı Kominist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosuna üzv seçilən Heydər Əliyev SSRİ Nazirlər sovetinə sədr müavini təyin olunub. 1987-ci ildə Büronun və Baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz edərək tutdugu vəzifəyə istefa verib. 1990-ci ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etmiş və Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarını və icraçılarınının cəzalandırmasını tələb etmişdir. O, Daglıq Qarabagda yaranmış vəziyyətlə baglı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz olaraq 1991-ci ildə Komunist Partiyası sıralarını tərk etmişdir. 1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyev Azərbaycan Ali Sovetinə deputat seçilib. O 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədri seçilib və Azərbaycan Respublikası Ali Sovetinə sədr müavini təyin olunub. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş qurultayda partiyanın sədri seçilib. YAP ölkənin ən böyük siyasi qüvvəsinə çevrildi və Azərbaycan xalqını öz ətrafına birləşdirdi. Xalqın tələbi ilə Azərbaycana gələn Heydər Əliyev 1993-cü ildə iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri daha sonra iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ulu öndərin gəlişi ilə dövlətçiliyin əsası qoyuldu. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tutdu. 1994-cü il mayın 8-də atəşkəsin əldə olunması Heydər Əliyevin siyasi nüfuz və peşəkarlıgının sayəsində əldə olundu. Daha sonra Əsrin müqaviləsi Azərbaycan xalqı üçün inkaşafın ilk mərhələsi oldu. 2001-2002-ci ildə imzalanan üç fərmana əsasən qaçqın və köçkünlərin problemlərini həlli üçün 359 milyard manat neft fondundan vəsait ayırmışdır. Ölkəyə gələn bütün nümayəndə heyyətlərinin rəhbərləri məcburi köçkünlərin yaşayışı ilə tanış edilməli idi. Ulu öndər ölkənin bütün sahələrində qadınlara xüsusi yer ayırar onlara hər sahədə yer ayırardı. Ulu öndərin ən böyük xidmətlərindən biri müstəqil dövlətin müasir Konstitusiysının hazırlanması oldu. 1995-ci ildə Konstitusiya hazırlanarkən dövlət dilinin adını necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürdü və beləliklə böyük əksəriyyət ana dilimizin Azərbaycan dili adlandırmasını dəstəklədi və Konstitusiyanın 21-ci maddəsində əksini tapdı.1993-2003-cü illər Azərbaycan xalqı üçün sürətli inkişafın və bugünki reallıgın bünövrəsidir.Xalqımız Ümummilli liderin davamçısı olan onun siyasətini yürüdən İlham Əliyevin ətrafında sıx birləşərək bu yolda birgə yürüməkdədir. Millətin sevgisini qazanmış Ümummilli Lider Heydər Əliyev 2003- cü il dekabrın 12-də ABŞ-ın Klivlend klinikasında dünyasını dəyişir. Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar kimi yadda qalan Dahi lider yaddaşlardan heç bir zaman silinməyəcəkdir. Nə qədər ki Azərbaycan xalqı var Ümummilli Lider Heydər Əliyevdə qəlblərdə yaşaycaq.


İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvi, professor

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ