Sizin reklam burada
Sizin reklam burada

Şəhid Kamran Kazımovun atası: “Torpaqlarımızın azad olunması yolunda şəhid olmaq yüksək zirvədir”

Şəhid Kamran Kazımovun atası: “Torpaqlarımızın azad olunması yolunda şəhid olmaq yüksək zirvədir”




“Oktyabrın 5-də hava çox pis idi - yağışlı, küləkli… Kamranın qızı yuxudan tez oyanmışdı. Mənə yaxınlaşıb “Qağa, yəqin atamgil soyuqdan donublar” dedi.

Bu sözləri “Kaspi” qəzetinə müsahibə verən Şəhid Kamran Kazımovun atası, Daxili Qoşunların veteran Qurbanəli Kazımov söyləyib.

Hərb işini uşaqlıqdan sevib. “Məni də özünlə apar” deyə uşaq inadı ilə atasının əlindən yapışaraq onun işlədiyi hərbi hissələrə gedib. Maraqla hər şeyə diqqət kəsilib. Hərbçi “əmilər” başına sığal çəkəndə ürəyindən onlar kimi görünmək keçib. Yerişində, duruşunda onları yamsılayıb. Böyüdükcə uşaq xəyallarına həyatının gerçək istəkləri qarışıb: o da atası kimi hərbçi olub. Şəhid baş leytenant Kamran Kazımov uşaqlıqdan vətənpərvər böyüyüb. Onu Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə aparan da, şəhidlik zirvəsinə yüksəldən də ölkəsinə, torpağına olan məhəbbəti olub. Qəhrəman zabitin həyat və döyüş yolu haqda atası - Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik-leytenant Qurbanəli Kazımovla söhbətləşirik.


“Seçim sənindir…”

Kamran Rusiyanın Voloqda vilayətinin Vaşki rayonunda doğulub. 90-cı il hadisələri başlayanda atası könüllü olaraq hərbi xidmətini Azərbaycanda davam etdirmək üçün müraciət edib. “Bakıya qayıdandan sonra 2012-ci ilə qədər Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdim. Həmin ilin sonlarında ehtiyatda olan zabit kimi tərxis olundum” - deyə atası xatırlayır: "Kamran da orta təhsilini Xətai rayonundakı 63 saylı orta məktəbdə aldı. O, məktəb illərində dərslərini yaxşı oxumaqla yanaşı, idmana da böyük maraq göstərirdi”. Kamran musiqini də sevib. Sintezatorda ifa etdiyi musiqilər gələcəkdə hərb sənətini seçəcək gəncə duyğusallıq da aşılayıb. K.Kazımov 2010-cu ildə hərbi xidmətə yollanıb: "Hərbi xidmətini Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində keçdi. Xidmətini başa vurmağa 3 ay qalmış “Müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi qalıb xidmətimi davam etdirmək istəyirəm” - deyə bir gün zəng vurdu. “Seçim sənindir” dedim. Xidmətini N saylı hərbi hissədə davam etdirdi”.

  • Sosial şəbəkədə paylaş