Sizin reklam burada
Sizin reklam burada

Meşə materiallarını qanunsuz daşıyan şəxslərin işi prokurorluğa göndərilib - FOTO

Meşə materiallarını qanunsuz daşıyan şəxslərin işi prokurorluğa göndərilib - FOTO



Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Qazel” və “Mercedes-Benz” markalı avtomobillər vasitəsilə meşə materiallarının qanunsuz daşındığı müəyyən olunub.

Bu barədə Dövlət Xidmətinin rəsmisi Bəhruz Məmmədov məlumat verib.

Bildirilib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı 5,58 m3 həcmində meşə materialı aşkar edilib.

“Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materiallarının rayon sakinləri Cavid Səfərov və Nurəddin Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 2293 manat məbləğində ziyan dəydiyi məlum olub”, - o deyib.

B.Məhəmmədov qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lənkəran Rayon Prokurorluğuna göndərilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ