“Lukoyl”un prezidenti Vahid Ələkbərov neftin 65-75 dollarlıq qiymətini istehlakçılar üçün uyğun qiymət olduğunu bildirib.
“Bu gün üçün müqavilənin parametrləri 2022-ci ilin sonuna qədər müəyyən edilmişdir və ümid edirəm ki, dəyişməyəcək. Qiymətlərin 100 dollardan artıq olmasını istəməzdim. Çünki bu, aşağı gəlirli, təsirsiz layihələrə investisiyaları stimullaşdıra və bazarın çökməsinə səbəb ola bilər”, - deyə Azərbaycan əsilli iş adamı vurğulayıb.
Vahid Ələkbərov fikrincə, OPEC + təşkilatı müəyyən bir müddət üçün deyil, həmişəlik yaradılıb.
İş adamı əlavə edib ki, indi neftin qiyməti süni şəkildə tənzimlənir:
“Başa düşürük ki, OPEC+ çərçivəsində hasilat məhdudiyyətləri səbəbindən mövcud qiymət reallığa uyğun gəlmir, çünki kifayət qədər böyük həcmdə hasilat dayandırılıb. Obyektiv qiymət 2022-ci ilin sentyabrından sonra, OPEC + razılaşmasının bitməsi ilə aydınlaşacaq. Enerji transformasiyasının sənayemizə təsirini də başa düşmək lazımdır. Çünki sənaye istehlakçılardan çox asılıdır və biz neftin qiymətini onlar üçün rahat etməkdə maraqlıyıq”.
Mənbə: “Kommersant”