Cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turniri bu il Bakıda keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, may ayında Bakıda keçirilməmiş ənənəvi yarış bu il noyabrda baş tutacaq.
“Böyük Dəbilqə” yarışı 5-7 noyabr tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Tarix Beynəlxalq Cüdo Federasiyası ilə razılaşdırılıb.
Əldə etdiyimiz məlumata görə, bundan sonra bu turnir Bakıda noyabrın ilk həftəsonunda keçiriləcək. Dəyişiklik isə 8 Noyabr – Zəfər Günü ilə bağlıdır.
Qeyd edək ki, Bakıda “Böyük Dəbilqə” beynəlxalq turniri altı dəfə keçirilib.