XALQ.AZ xəbər verir ki,tədbirdə millət vəkili Novruz Aslanov, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, hüquq-mühafizə orqanın rəhbərləri iştirak edib.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa arzulanıb.
Millət vəkili Novruz Aslanov çıxışında bildirib ki, bu tarixi qələbənin əldə edilməsində İsmayıllı rayonunun qəhrəman oğullarının da misilsiz əməyi olub. Yaşadığımız bu sevincli günlər üçün şəhidlərimizə, qazilərimizə və bütün döyüşçülərimizə borcluyuq. Onlar tərəddüd etmədən canlarını fəda edərək erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərə son qoydular, şəhidlərimizin qisasını aldılar.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş hərbi qulluqçulara, qazilərə, şəhid ailələrinin üzvlərinə müxtəlif orden və medallar təqdim olundu.
Tədbirdə şəhid Ramil Musayevin öz adını daşıdığı körpəsinə onun medalı təqdim edilib.
Xatırladaq ki, tədbir xüsusi karantin qaydalarına riayət edilməklə keçirilib.