26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan Во3 formatında yeni yarışa start verilib.
“Gaming League Azerbaijan” tərəfindən təşkil olunan turnirdə Azərbaycanla yanaşı qardaş Türkiyənin geymerləri də iştirak edəcək.
Olimpiya sistemiylə keçiriləcək yarışda Azərbaycanla Türkiyənin iki komandası mübarizə aparacaq. Yarımfinal və final görüşləri müvafiq olaraq iyunun 25-26-da olacaq.
“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov yarış əhəmiyyəti barədə məlumat verib:
“26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunan turnirdə Azərbaycan və qardaş Türkiyə təmsil olunacaq. Hər iki ölkədən ən yaxşı 2 komanda final mərhələsində çıxış edəcək. Bu gün ölkələrimiz bütün sahələrdə əməkdaşlıq edir. Azərbaycan və Türkiyə arasında kiberidman sahəsində də əlaqələrimiz mövcuddur. Hesab edirik ki, bu yarış hər iki ölkədə kiberidmanın təbliği baxımından böyük rol oynayacaq”.
Qeyd edək ki, “Gaming League Azerbaijan” yarışı Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə dəstəyilə təşkil edir.