Sizin reklam burada
Sizin reklam burada

Qubada ikimərtəbəli ev yanıb: Xəsarət alanlar var

Qubada ikimərtəbəli ev yanıb: Xəsarət alanlar var


Qubada baş verən yanğın nəticəsində ev sakini və orada kirayədə yaşayan qadın xəsarət alıb.

hadisə rayonun Zərqova kəndində qeydə alınıb.

Tərlan Şirzad oğlu Əhmədova məxsus ikimərtəbəli evin yanar konstruksiyaları və əşyaları yanıb.

Yanğın zamanı ev sahibi T.Əhmədov və orada kirayənişin yaşayan Cəfərova Könül Mirdamət qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Onlar Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ