Sizin reklam burada
Sizin reklam burada

İki tondan çox narkotik maddə yandırılaraq məhv edildi

İki tondan çox narkotik maddə yandırılaraq məhv edildi


Daşkəsəndə yabanı halda bitən çətənə kolları məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 2 487 kiloqramdan artıq olan, 8 495 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ