Sizin reklam burada
Sizin reklam burada

Ceyhun Bayramov baş katiblə müzakirələr apardı

Ceyhun Bayramov baş katiblə müzakirələr apardı



Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Nayif Fəlah Mübarək Əl-Hacrafla görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Nazir işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanın yarandığını, lakin bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipinə ciddi riayət olunmasının zəruriliyini vurğulayıb.

Ceyhun Bayramov Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğumuzu qeyd edib.

Baş katib Azərbaycanın haqlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman dəstəkləndiyini qeyd edib.

Tərəflər Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə Fəaliyyət Planının işlənib hazırlanması, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ