Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
hadisə rayonun Zəyəm qəsəbəsində baş verib.
Qəsəbə sakini 1962-ci il təvəllüdlü Arzuman Məmmədov şəxsi münasibətlər zəminində həmyerlisi, 1965-ci il təvəllüdlü Şahmar Qurbanova bir bıçaq zərbəsi vurub.
Yaralı Ş.Qurbanov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilib.
Hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə borc üstündə olub.
Faktla bağlı araşdırmalara başlanılıb.