Sizin reklam burada
Sizin reklam burada

Üç ölkənin XİN başçısı Azərbaycana gəlir - FOTO

Üç ölkənin XİN başçısı Azərbaycana gəlir - FOTO



Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin mandatı əsasında üç ölkənin xarici işlər nazirləri Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku özünün “Twitter” hesabında yazıb.

O, avstriyalı və litvalı həmkarları - Aleksandr Şallenberq və Qabrielius Landsbergislə 24-26 iyun tarixlərində regionda səfərdə olacaqlarını bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ