İsraildə qapalı məkanlarda maska taxılması məcburiyyəti ləğv olunacaq.
“Haber Global”ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Yuli Edelşteyn açıqlama verib.
O bəyan edib ki, gündəlik koronavirus statistikası hazırki səviyyədə qalmaqda davam edərsə, iyunun 15-dən etibarən artıq qapalı məkanlarda da tibbi maskalardan istifadə etməyə ehtiyac qalmayacaq və bu məcburiyyət ləğv olunacaq.
Qeyd edək ki, İsrail vaksinasiya templərinə görə dünyada birinciliyini qoruyub saxlayır.