Gürcüstanın Bolnisi rayonunda yaşayan 15 yaşlı azərbaycanlı qız axtarışa verilib.
“Report” xəbər verir ki, yeniyetmənin iyunun 3-də Telavi bələdiyyəsinin Qaracala kənd sakini olan 21 yaşlı gənc tərəfindən evlənmək məqsədilə qaçırıldığı bildirilir.
Gəncin atası iddia edib ki, oğlu və qız bir-birini sevirlər və bu, hər iki ailəyə məlumdur.
Polis gənclərin yerini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirir.