Sizin reklam burada
Sizin reklam burada

ADAU-da “Pandemiya şəraitində onlayn tədrisdə müəllim-tələbə münasibətləri” mövzusunda konfrans keçirilib

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Pandemiya şəraitində onlayn tədrisdə müəllim-tələbə münasibətləri” mövzusunda onlayn konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, pandemiyanın yaratdığı mövcud vəziyyət tədrisin onlayn platformalar üzərindən, distant (məsafədən) formada aparılması sahəsində irəliləyişlərə səbəb olmasına baxmayaraq bu, xüsusilə praktik bilik və bacarıqlar tələb edən fənlərin tədrisində müəyyən problemlər yaradır. Qeyd olunanlar özünü daha çox aqrar təhsildə göstərməklə gələcəkdə bu istiqamətdə müvafiq addımların atılmasını tələb edir. Bütün bunları nəzərə alaraq ADAU-da “Pandemiya şəraitində onlayn tədrisdə müəllim-tələbə münasibətləri” mövzusunda onlayn konfrans keçirilmişdir.
Konfransda təhsil ekspertlərindən Nadir İsrafilov, Kamran Əsədov, İlham Əhmədov, Türkiyənin Ege Universitetinin professoru Enver Durmuşoğlu, Bakı Mühəndislik Universitetinin dosenti İsa Qasımov, ADAU-nun Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Məhərrəm Hüseynov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent, ADAU-nun professoru Aynur Həsənova, tələbələrdən Aysu Tağıyeva, Suada Nəcəfova, Tamara Xan-Xoyskaya, Leyla Babayeva və başqaları çıxış ediblər.
Qeyd edək ki, 2020-ci ilin mart ayından etibarən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizin bütün təhsil müəssisələrində, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetində təhsil, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı tədbirlər təxirə salınmışdır. Ötən dövr ərzində universitetin potensial imkanlarının səfərbər edilərək tələbələrə təhsil proqramlarının “Microsoft Teams” platforması, ADAU TV internet televiziyası üzərindən öyrədilməsi istiqamətində mühüm işlər görülmüşdür.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ