“Ermənistan yenə qətliam etdi. İki günahsız insanı həyatdan qopardı”.
Bu barədə “CNN Türk” televiziyasının reportyoru Fulya Öztürk Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə danışan zaman bildirib.
Jurnalistin sözlərinə görə, onlar Vətən müharibəsi zaman Ermənistanın etdikləri qətliamı, zülmü günlərcə dünyaya çatdırdılar:
“Nə yazıq ki, iki sevdiyim, çiyin-çiyin çalışdığım Məhərrəm İbrahimov və Sirac Abışov ermənilər tərəfindən öldürüldü”.
O bildirib ki, Qarbağda döyüşlər zamanı Azərbaycan əsgərləri bizə davamlı bildirdilər ki, diqqətli olaq - hər yerdə minalar var:
“İşğalçı ermənilər hər yerə minalar yerləşdiriblər. Bir neçə dəfə biz də bu tərz hadisələrlə qarşı-qarşıya qalmışdıq. Bu çox ağır xəbər oldu.
Bizə dəstək olan, hər dəfə bizə kömək edən iki əməkdaşımızı itirdiyimiz üçün çox pis olmuşam. Onlar vəzifə xidmətlərini yerinə yetirən zaman şəhid oldular. Başımız sağ olsun”.