Azərbaycan Ali Məhkəməsinin sabiq hakimi Nəriman Hüseynov vəfat edib.
Oxu.Az-ın məlumatına görə, o, insultdan dünyasını dəyişib.
1932-ci ildə anadan olan N.Hüseynov uzun illər hakim vəzifəsində çalışıb.
Əməkdar hüquqşünas 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Sovet və müstəqillik dövründə fəaliyyət göstərən N.Hüseynov 2010-cu il iyulun 2-də təqaüdə yola salınıb.