Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın ev sahibliyinə namizəd olduğu daha bir turnir başqa ölkəyə verildi

Azərbaycanın ev sahibliyinə namizəd olduğu daha bir turnir başqa ölkəyə verildi



Kikboksinq üzrə böyük kadetlər, kiçik və böyük juniorlar arasında keçiriləcək Avropa çempionatın ev sahibi bilinib.

Oxu.Az-ın xəbərinə görə, yarış Monteneqronun Budva şəhərində keçiriləcək.

Çempionat bu il 5-14 noyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, bu yarışı keçirməyə digər namizədlər Azərbaycanla Niderland idi. Hətta bunun üçün WAKO (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) prezidenti Roy Beyker Bakıya gəlmiş, Azərbaycan Kikboksinq Federasiyası və Milli Olimpiya Komitəsində görüş keçirmişdi.

Onu da bildirək ki, daha əvvəl Azərbaycanın da ev sahibliyinə namizəd olduğu böyük və veteran kikboksçular arasında keçiriləcək dünya çempionatı İtaliyaya salınmışdı. Həmin dünya çempionatı bu il 15-24 oktyabr tarixlərində baş tutacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ