Sizin reklam burada
Sizin reklam burada

Rəsmi Bakıdan Ermənistanın Kəlbəcərdəki təxribatı barədə BƏYANAT

Rəsmi Bakıdan Ermənistanın Kəlbəcərdəki təxribatı barədə BƏYANAT


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Kəlbəcər istiqamətində təxribatları barədə bəyanat verib.

Oxu.Az-ın məlumatına görə, XİN bildirib ki, Ermənistan tərəfinin iki dövlət sərhədində davamlı təxribatlara əl atması bu ölkənin məqsədyönlü şəkildə bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən addımlar atdığını nümayiş etdirir.

“Tərəfimizdən bu kimi təxribatların yolverilməzliyini bir daha bildiririk. Sərhəd məsələsində mövcud olan fikir ayrılıqlarının yalnız danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayırıq. Azərbaycan iki dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinin başlanmasının tərəfdarıdır.

Ermənistanı beynəlxalq hüquq prinsiplərinə riayət etməyə, əsassız şəkildə sərhəd məsələsində gərginliyi artırmaqdan çəkinməyə və sərhəd məntəqəsində təxribatlara son qoymağa çağırırıq”, - deyə XİN bildirib.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2021-ci ilin 1 iyununda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində növbəti təxribatının qarşısı alınıb.

Belə ki, Ermənistan silahlı qüvvələrinin 40-a yaxın şəxsi heyəti Azərbaycan ərazisinə daxil olub. Onlar Azərbaycan Ordusunun dərhal və silah tətbiq etmədən həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin ərazisindən çıxarılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ