Sizin reklam burada
Sizin reklam burada

Abşeron dəmir yolu xəttində təmassız ödəniş kartları ilə gediş haqqı ödənilə bilər

Abşeron dəmir yolu xəttində təmassız ödəniş kartları ilə gediş haqqı ödənilə bilər



Azərbaycan Dəmir Yolları, Mərkəzi Bank, “Visa” və Azərbaycan Beynəlxalq Bankı şəhərətrafı dəmiryol xətlərində təmassız ödənişləri genişləndirir.

Azərbaycan Dəmir Yollarının sərnişinləri artıq Abşeron dairəvi dəmir yolu xəttinin 14 stansiyasında bank tərəfindən buraxılan təmassız ödəniş kartları ilə gediş haqqını ödəyə bilərlər.

Bu barədə bu gün Azərbaycam Dəmir Yolları QSC-nin təşkilatçılığı ilə keçirilən təsbirdə məlumat verilib.

Hazırda Abşeron Dəmir Yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə təmassız oxuyucu cihazlar ilə təchiz edilmiş turniketlər quraşdırılıb.

Sözügedən layihənin bir hissəsi olaraq Dairəvi Dəmir Yolunun bütün stansiyalarında yerləşdirilən 27 biznes terminalı vasitəsilə sərnişinlər təmassız şəkildə əlavə ödəniş edərək biletlərin kateqoriyasını biznes klasa qədər yüksəldə bilərlər.

Qeyd edək ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov, Mərkəzi Bankın icraçı direktoru Fərid Osmanov da iştirak ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ