Sizin reklam burada
Sizin reklam burada

COVID-26 və COVID-32 ilə qarşılaşa bilərik

COVID-26 və COVID-32 ilə qarşılaşa bilərik



Koronavirus və yoluxucu xəstəliklər üzrə amerikalı mütəxəssis Piter Hotez COVID-19-un mənşəyinin diqqətlə öyrənilməli olduğunu açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, o əks halda bəşəriyyətin COVID-26 və COVID-32 ilə qarşılaşa biləcəyini deyib:

“Bu, 21-ci əsrdə (SARS və MERS-dən sonra) üçüncü böyük koronavirus epidemiyası və ya pandemiyadır. İndiki ardıcılın üçüncüsüdür. Ana təbiət bizə nələrin baş verəcəyini söyləyir: COVID-19-un mənşəyini tam anlamadığımız təqdirdə COVID-26 və COVID-32 də olacaq”.

Alimin fikrincə, yeni koronavirusun “yayılmasının baş verməsi”nin araşdırılması son dərəcə vacibdir. Bunun üçün virusoloqlar, epidemioloqlar və digər mütəxəssislər yenidən epidemiyanın başladığı Çinin Uhan şəhərinə göndərilməlidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ