Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Moldovaya təhvil verib

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Moldovaya təhvil verib




Milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Moldova Respublikasının Baş Prokurorluğunun Azərbaycan Respublikası Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Moldova ərazisində cinayət törətmiş şəxs barəsində məhkəmə hökmünün icrasını təmin etmək məqsədilə onun Moldova hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu daxil olub.

Baş Prokurorluğun məlumatına görə, Moldova Respublikasının vətəndaşı, Soroka məhkəməsinin 27.10.2016-cı il tarixli hökmü ilə səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Maksim Preydanın – yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb edərək Soroka şəhərində yaşayan Muntyan Anjelanın evinə daxil olub oradan gizli olaraq külli miqdarda ziyan vurmaqla 245 min Moldova leyi dəyərində əşyaları oğurlaması müəyyən edilib.

Maksim Preyda barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Moldova Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Maksim Preyda 31.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldovanın hüquq mühafizə orqanlarına təhvil verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ