Sizin reklam burada
Sizin reklam burada

“YAŞAT” marafonunda 63 ölkədən soydaşlarımız iştirak edib - RƏSMİ

“YAŞAT” marafonunda 63 ölkədən soydaşlarımız iştirak edib - RƏSMİ



“Azərbaycan diasporu tarixində ilk dəfə keçirilən marafonda 63 ölkədən soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkəmizdəki yerli icmaların üzvləri iştirak ediblər”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Diasporuna Dəstək Fonduna icraçı direktor Əkrəm Abdullayev “YAŞAT” marafonunun başa çatması ilə əlaqədar mətbuat konfransında deyib.

Onun sözlərinə görə, altı ölkədən, o cümlədən ABŞ, Türkiyə, İsrail, İtaliya, Banqladeş və Pakistandan əcnəbilər marafona qoşulmaqla bağlı çağırışlar səsləndiriblər:

“Marafonun əhatə dairəsi olduqca geniş olub və marafonda hətta Baham adalarından, Trinidad və Tobaqodan, Kolumbiyadan, Braziliyadan, Ekvadordan da insanlar iştirak ediblər”.

“Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycanı sevən insanların xeyriyyə marafonunda fəal iştirakının təmin olunmasında son 3 ildə müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuraları və Azərbaycan evləri ciddi rol oynayıb.

Xarici mediada xeyriyyə marafonu ilə bağlı 50-dən çox material dərc olunub, sosial şəbəkələrdə, xüsusilə “Telegram” kanallarında yayılan yüzlərlə məlumatın 10 minlərlə insana çatması təmin olunub”, - deyə o əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ