May ayının 28-də ölkə üzrə 403 ictimai iaşə obyektində 709 monitorinq keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-a verilən məlumata əsasən, monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.