27 may 2021-ci il tarixdə saat 10:00-da İsmayıllı Olimpiya İdman Kompleksində “Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turniri”nə daxil olan atletika idman növü üzrə zona yarışına start verilmişdir.
Vətən Müharibəsi Şəhidlərinin ruhunun bir dəqiqəlik sukutla yad edilməsi və daha sonra dövlət himninin səsləndirilməsi ilə başlamış yarışın rəsmi açılışında İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Qiyas Abdullayev, AHİ İsmayıllı komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Xamis Bədəlov, İsmayıllı UGİŞM-nin direktoru Nəriman Alıyev və Balakən rayon UGİŞM-nin direktoru Vasif Qomurov iştirak etmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq turnirin zona komandalarının (İsmayıllı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağdaş, Göyçay,Ağsu, Şamaxı rayon komandalarının) atletika idman növü üzrə V zona yarışının 27 may 2021-ci il tarixi üçün nəzərdə tutulmuş oyunları yekunlaşmışdır.
Məlumat üçün bildiririk ki, idman yarışı Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı, tələb və tövsiyələrinə uyğun olaraq təşkil edilmişdir.