“Akkord” şirkətlər qrupuna daxil olan MMC-lərdən külli miqdarda oğurluq edilib.
“Akkord Mərmər Qranit” MMC-nin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən zavodundan 90 220 manat dəyərində 675 metr naqil, 6 ədəd birləşdirici və elektrik lövhələri oğurlanıb.
Bundan başqa, “Akkord”un Sabirabad rayonunda yerləşən zavodundan da oğurluq edilib. Buradan isə 8 min manatlıq texnika, 6 min manatlıq boru oğurlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır. Cinayəti törədən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.