Sizin reklam burada
Sizin reklam burada

Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədilə qaçırıldı

Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədilə qaçırıldıGoranboyda 10-cu sinif şagirdi evlənmək məqsədilə qaçırılıb.

Hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb.

Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Leyla Qasımova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır:

"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ