Araşdırma "Helion" jurnalında dərc olunub.
Tədqiqat 16 milyondan çox elektron tibbi qeyddən ibarət məlumat bazasının təhlilinə əsaslanır.
Alimlər məlumatları iki qrupa bölüblər: biri uşaqlıqda zorakılığa məruz qalan insanlar, digəri isə belə hallarla qarşılaşmayanlar. 26 il ərzində bu qruplarda immun-iltihabi xəstəliklərlə əlaqəli proseslər təhlil edilib.
Nəticələr göstərib ki, uşaqlıq travmaları olan insanlarda revmatoid artrit və pullu dəmrov kimi xəstəliklərin nisbəti daha yüksəkdir. Bu, daha çox qadınlarda özünü göstərir.
