Sizin reklam burada
Sizin reklam burada

Gürcüstan parlamentinin komitə sədri Azərbaycana gəlib

Gürcüstan parlamentinin komitə sədri Azərbaycana gəlib



Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri, tanınmış musiqiçi Eliso Bolkvadze Azərbaycana səfərə gəlib.

APA-nın yerli bürosu xəbər verir ki, E. Bolkvadze səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyevlə görüşəcək.

E. Bolkvadzenin eyni zamanda, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov, Bakı Musiqi Akademiyasının direktoru Fərhad Bədəlbəyli, Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədovla görüşü planlaşdırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ