Sizin reklam burada
Sizin reklam burada

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda danışıqlar aparması rəsmiləşib. Lakin danışıqlar platforması kimi Qazaxıstan paytaxtının seçilməsi Ermənistanda müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Ermənistan mediası Almatı danışıqlarının arxasında Türkiyənin dayandığını iddia edir.

“İravunk” nəşri yazır ki, Qazaxıstan Azərbaycan və Türkiyənin Cənubi Qafqazla bağlı siyasətini qeyd-şərtsiz dəstəkləyir: “Əliyev və Ərdoğanın Qarabağ və Zəngəzurla bağlı dedikləri Almatıda da qəbul olunur. Bir sözlə, Ankarada, yaxud Bakıda danışıqlar necə ola bilərsə, Almatıda da elə olacaq. Tokayev də əvvəlcə Azərbaycana səfər etdi və bir aydan sonra sırf bu ideyanı qəbul etdirmək üçün bir neçə saatlıq İrəvanda oldu. Bütün bu prosesin arxasında Türkiyə dayanır”, - nəşr iddia edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ