Sizin reklam burada
Sizin reklam burada

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual məktəb çempionatının Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsi keçirilib

Yarışda işğaldan azad edilmiş Ağdam, Füzuli, Xocavənd, Ağdərə, Xankəndi, Xocalı, Şuşa məktəblərinin və eyni zamanada Bərdə, Tərtər və Ağcabədi rayonlarının ümumi təhsil müəssisələrini təmsil edən şagird komandaları iştirak ediblər. Ağdam rayonu R. Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində təşkil olunan çempionat gərgin və maraqlı mübarizə şəraitində keçib.
Şagirdlərin intellektual potensialının, məntiqi təfəkkürünün və komanda ilə işləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən yarışda iştirakçılar müxtəlif mövzular üzrə təqdim olunan sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışın yekun nəticələrinə əsasən, Bərdə rayonunu təmsil edən “Bərdə” komandası qalib adını qazanıb. Qalib komanda kubok və medallarla təltif olunub. Bununla yanaşı, komanda növbəti mərhələdə iştirak etmək hüququ əldə edərək “Baku Crystal Hall”da təşkil olunacaq televiziya çəkilişlərinə vəsiqə qazanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ