Sizin reklam burada
Sizin reklam burada

IV və VI siniflər üzrə monitorinqlərə hazırlıq məqsədilə təlimatlandırıcı görüşlər keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən 5 iyun tarixində IV siniflər, 6 iyun tarixində isə VI siniflər üzrə keçiriləcək monitorinqlərə hazırlıq çərçivəsində mərkəz rəhbərləri və nəzarətçilərlə təlimatlandırıcı görüşlər təşkil olunub.
2 iyun 2026-cı il tarixində keçirilən görüşdə monitorinq mərkəzlərinin rəhbərləri, 3 iyun 2026-cı il tarixində keçirilən görüşdə isə nəzarətçilər iştirak ediblər. Görüşlərdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov, idarənin struktur bölmə rəhbərləri, yerli təhsil sektorlarının əməkdaşları və monitorinq prosesində iştirak edəcək məsul şəxslər yer alıblar.
Onlayn formatda keçirilən görüşlər zamanı monitorinqlərin təşkili və keçirilməsi qaydaları, iştirakçıların yerləşdirilməsi, imtahan materiallarının qorunması, sənədləşmə işlərinin aparılması, təhlükəsizlik tədbirləri və digər təşkilati məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ