Sizin reklam burada
Sizin reklam burada

2026–2027-ci tədris ilindən etibarən İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin binasında “Tam orta məktəb” layihəsi həyata keçiriləcək

2026–2027-ci tədris ilindən etibarən İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin binasında “Tam orta məktəb” layihəsi həyata keçiriləcək
⭐ Niyə məhz "Tam orta məktəb" layihəsi?
✅ Yalnız məqsədli və yüksək nəticəyə fokuslanan şagirdlər üçün!
Layihəyə 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında 120 və daha yuxarı bal toplamış IX sinif şagirdləri qəbul olunur.
✅ İxtisas qrupuna uyğun təhsil
Artıq bütün fənlərə eyni vaxt sərf etməyə ehtiyac yoxdur. Şagirdlər seçdikləri ixtisas qrupuna uyğun fənlər üzrə təhsil alaraq qəbul imtahanlarına daha sistemli və məqsədyönlü hazırlaşırlar.
✅ Peşəkar müəllim heyəti
Dərslər rayonun ən yüksək akademik nəticələrə malik, təcrübəli, müsahibə yolu ilə seçilmiş müəllimləri tərəfindən tədris olunur.
✅ Uğurlu təhsil mühiti
Eyni hədəfə sahib şagirdlərin bir arada təhsil alması uğurlu təhsil mühiti formalaşdırır.
✅ Daimi sınaqlar və nəticələrin izlənilməsi
Şagirdlərin inkişafı müntəzəm monitorinq və sınaq imtahanları vasitəsilə izlənilir, çatışmazlıqlar vaxtında aradan qaldırılır.
✅ Uğura aparan doğru yol
Layihənin əsas məqsədi şagirdlərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərməsinə və gələcək karyeralarını uğurla qurmasına dəstək olmaqdır.
???? Ünvan: İsmayıllı şəhəri
???? Qeydiyyat üçün: Aşağıdakı linkə keçid edərək məlumatlarınızı daxil edin və seçim imkanı qazanın!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ