Görüşdə Regional Təhsil İdarəsinin rəhbərliyi, rayon (şəhər) üzrə təhsil sektorlarının əməkdaşları və monitorinq mərkəzlərinin məsul şəxsləri iştirak ediblər.
Onlayn görüş zamanı monitorinqin keçirilmə qaydaları, təşkilati məsələlər, qiymətləndirmə mərkəzlərində görüləcək hazırlıq işləri, məsul şəxslərin vəzifələri, eləcə də prosesin şəffaf və obyektiv şəkildə təşkili ilə bağlı mühüm məqamlar müzakirə olunub.
Milli Qiymətləndirmənin keçirilməsinə dair əsas tələblər iştirakçıların diqqətinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, monitorinqin təşkili məqsədilə 39 mərkəz ayrılıb, prosesə 40 imtahan rəhbəri, IV siniflər üzrə 631, VI siniflər üzrə isə 649 nəzarətçi cəlb olunub.
Qiymətləndirməyə IV siniflər üzrə 13882, VI siniflər üzrə 13664 şagird kağız daşıyıcı vasitəsilə, IV siniflər üzrə 1165, VI siniflər üzrə isə 1545 şagird elektron formatda olmaqla ümumilikdə 30256 şagird cəlb olunacaq.
IV və VI siniflər üzrə #MilliQiymətləndirmə 5-6 iyun tarixlərində keçiriləcək.
